Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə əlaqədar Beyləqan rayon Mədəniyyət Mərkəzində konsert tədbiri keçirildi

03.06.2019

1 iyun 2019-cu il tarixində “Uşaqların Beynəlxalq Müdafiəsi günü”  ilə əlaqədar Rayon İcra hakimiyyətinin dəstəyi və Beyləqan rayon Mədəniyyət  Mərkəzi və Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə rayon Mədəniyyət  parkında  "Uşaqlar bizim gələcəyimizdir" adlı konsert proqramı  keçirildi.

Tədbirdə  rayon ictimaiyyətinin nümayəndələri, rayon uşaq bağçalarının körpələri və   rayon mədəni-maarif müəssisələrinin işçilərinin iştirakı ilə keçirilən tədbiri  giriş sözü ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Nazim Mirzəyev açdı.

O çıxışında “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə uşaqları təbrik edərək vurğuladı ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ündə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə daim qayğı ilə yanaşır.

Bu gün müstəqil Azərbaycan Respublikasında  uşaqlara göstərilən diqqət və qayğı bunun bariz nümunəsidir.

Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru İxtiyar Məhəmmədli, rayon MKS-nin direktoru Gültəkin Məmmədova və digərləri çıxış edərək, Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilməsini, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşmasını xüsusi vurğuladılar.  

Sonra tədbir Beyləqan rayon Uşaq Musiqi məktəbinin “Aranqala” xalq çalğı alətləri ansamblının və məktəbin şagirdlərinin ifasında nümayiş olunan musiqi kompozisiyaları ilə davam etdirildi.

Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şerlər, mahnılar, rəqslər  tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

 

 

170.8 KB

 

140.9 KB

 

112.2 KB