Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

4 iyun 2019 – cu il tarixində Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “ İnsan hüquqlarının təmini - Azərbaycan dövlətinin ali məqsədidir ” mövzusunda dəyirmi masa keçirildi .

04.06.2019

   Tədbiri giriş sözü ilə açan Heydər Əliyev mərkəzinin əməkdaşı Xəyyam Məlikov  Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı ” nın icrası istiqamətində Kürdəmir rayonunda həyata keçirilmiş tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlət siyasətinin ən başlıca xəttini təşkil edir. Bütün dövlət orqanlarının, o cümlədən rayon icra hakimiyyətinin fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri də insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, bu istiqamətdə müvafiq maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

Daha sonra Heydər Əliyev Mərkəzin direktoru Düriyyə Seyidova çıxış edərək bildirdi ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı ” insan hüquqlarının qorunması sahəsində islahatların yeni bir mərhələsidir. Ötən illərdə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi, sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halı daha da yaxşılaşmış, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilmiş, Azərbaycanın hər bir şəhər və rayonu inkişaf etmişdir. Respublikamızın hər bir bölgəsində insan hüquq və azadlıqlarının tətbiqi və təbliği vəziyyətinin monitorinqi, eyni zamanda əhalinin hüquqi maarifləndirilməsi istiqamətində ictimai dinləmələr mühüm əhəmiyyət kəsb edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Samir Əhmədov çıxış edərək bildirdi ki,  İnsan hüquqları respublikamızın yeni inkişaf mərhələsində əsas hədəflərin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatının formalaşdırılması, sosial sahədə önləyici inkişaf səviyyəsinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldiyini, habelə elmin, mədəniyyətin tərəqqisində, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasının insan hüquqlarının daha etibarlı qorunmasına mühüm töhfələr verdiyini bildirdi. Müvəkkilin təşəbbüsü ilə respublikada 18 iyun – İnsan Hüquqları Günü ərəfəsində “ İnsan hüquqları aylığı ” elan edildiyi, aylıq çərçivəsində tədbirlərin keçirildiyi xüsusi vurğuladı .

 

55.5 KB

 

57 KB

 

58 KB