Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Imişli rayon Mədəniyyət Mərkəzinin kollektivləri ”Hər uşaq bir dünyadır” adlı tədbiri Gənclər Mərkəzində keçirdilər

04.06.2019

 

 


    1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzinin, İmişli Dövlət Rəsm Qalereyasının və İmişli Uşaq musiqi məktəbinin dəstəyi ilə “Hər uşaq bir dünyadır” adlı Gənclər Mərkəzində tədbir keçirildi. Tədbirdə rayon İmişli şəhər uşaq bağçalarının körpələri və aşağı sinif şagirdləri iştirak edirdilər. Klonun göstərdiyi gülməli oyunlar və hərəkətlər uşaqların və körpələrin sevincinə səbəb oldu. Uşaq bağçalarının və məktəblilərin hazırladıqları kompazisiyalar , rəqslər, şerlər və musiqi nomrələri tədbirə xüsusi gözəlik və rəngarənglik qatdı .Tədbirin sonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə “Hər uşaq bir dünyadır” adlı keçirilən tədbirdə fəal iştirak etdiklərinə görə iştirakçılara Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzinin fəxri fərmanları təqdim olundu. Əziz uşaqlar Bayramınız mübarək !

 

1.3 MB

 

1.3 MB

 

1.5 MB