Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Füzuli rayonunun arxeoloji və tarixi memarlıq abidələrinin qorunması problemləri “

07.06.2019

   4 iyun 2019-cu il tarixdə Mədəniyyət.Az jurnalının ikinci nömrəsi nəşr olunmuşdur.Bu nömrədə Füzuli Tarix-diyarşünaslıq muzeyinin direktoru Elçin əsədovun “Füzuli rayonunun arxeoloji və tarixi memarlıq abidələrinin qorunması problemləri “ adlı  elmi məqaləsi dərc olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Məqalədə Füzuli rayonunun arxeoloji və tarixi memarlıq abidələrinin öyrənilmə tarixi, işğal altında qalmış abidələrimiz haqqında məlumat verilmişdir. Beynəlxalq qanunlar çərçivəsində abidələrimizin taleyi, onların araşdırılması, dağıdılmış abidələrimizə hüquqi qiymətin verilməsi bu məsələlərin beynəlxalq konfranslarda qaldırılması Azərbaycanın prioritet vəzifələrindən birinə çevrilməsindən bəhs edilir. Məqalədə eyni zamanda işğaldan azad olmuş ərazilərimizdəki abidələrin bərpası, yeni muzey strukturunun yaradılması haqqında məlumat verilir. Jurnalda Füzuli Tarix-diyarşünaslıq Muzeyinin Horadiz şəhərində yeni binasının və işğaldan xilas edilmiş arxeoloji abidələrin nümunələrinin foto şəkilləri yer almışdır.

E.Əsədov Füzuli Tarix-Diyarşünasliq Muzeyinin direktoru

 

120.5 KB

 

119.5 KB