Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayon Tarix-Diyarşünaslıq muzeyinə məktəblilələrin ekskursiyası təşkil olunub

11.06.2019

Məktəblilərin muzeyə ekskursiyası. 10 iyun 2019-cu il tarixində rayonun Muradxan kənd tam orta məktəbinin müəllim və şagirdləri muzeydə ekskursiyada olmuşdurlar. Gələn tamaşaçılara ekspozisiyada nümayiş olunan Muradxan dəfinəsi haqqında məlumat verilərək bildirilmişdir ki, Muradxan dəfinəsi uzun müddət çöl şəraitində qaldığından, nəm çəkdiyindən nəticə etibarı ilə güclü surətdə oksidləşməyə məruz qaldığından onun içərisindəki sikkələrin hamısı vahid metal külçəsi kimi bir-birinə yapışmış vəziyyətdə qalmışdır. Həmçinin dəfinənin  çəkisi ilə bağlı bildirilmişdir ki, dəfinənin ilkin çəkisi 5 kiloqram 470 qram olmuşdur. Dəfinədəki sikkələrin orta çəkisi 3,5 - 4,5 qramdır. Diqqəti cəlb edən məqamlardan biri də odur ki,indi Azərbaycan ərazisindən tapılmış əksər pul dəfinələrindən fərqli olaraq Muradxan dəfinəsi heç bir dağıntı və itkiyə məruz qalmayaraq tam şəkildə əldə olunmuşdur. Eyni zamanda şagirdlərə XVII-XVIII əsrlərə aid məişət əşyalarından, həmin dövrləri əhatə edən kənd təsərrüfatı alətlərindən söhbət açılmışdır.

 

70.4 KB

 

63.5 KB

 

60.8 KB