Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Tarix-Diyarşünaslıq Muzeyində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

12.06.2019


11 iyun 2019-cu il tarixində keçirilən tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Qarayeva Vüsalə milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığını görən xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycanda yenidən böyük siyasətə qayıtdığını və bu qayıdışın ümid və sevinclə qarşılandığını, həmin günün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıldığını qeyd edib. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini söyləyən muzeyin işçisi Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz ulu öndərin adı ilə bağlı olduğunu bildirib. Vüsalə xanım qeyd edib ki, Heydər Əliyev ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizin müstəqilliyini qorumuş, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmış və inkişafın təməlini qoymuşdur. Vüsalə xanım Heydər Əliyevin rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığını diqqətə çatdırıb.
Sonra çıxış edən edən Əkbərova Gülnamə müəllimə 1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb. Gülnamə müəllimə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildiyini və ulu öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın səngidiyini, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğunu söyləyib. Gülnamə müəllimə bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığını qeyd edib, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmışdır.

 

63.6 KB