Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana sistemində ”15 İyun - Milli Qurtuluş Günü tariximizin şanlı səhifəsidir” adlı tədbir təşkil edilib

13.06.2019

   13 iyun 2019 – cu il tarixdə Kürdəmir rayon Mərkəzi Kitabxanasında  "15 İyun - Milli Qurtuluş Günü tariximizin şanlı səhifəsidir" adlı tədbir keçirildi. Tədbiri MKS – nin direktoru İradə Mahmudova açaraq qeyd etdi ki,  1993-cü ildən bu günə kimi tariximizə çox əlamətdar günlər daxil olub. Bu tarixlər içərisində 15 iyun Milli Qurtuluş gününün xüsusi yeri var. Ümummilli liderimiz Heydər Əliyevin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı. Tədbirdə şəhər 1 saylı orta məktəbin tarix müəllimi Nazilə   Bünyadova,  Mərkəzi kitabxananın şöbə müdirləri Aidə Abdurrahmanova,  Növrəstə Qəhrəmanova və uşaq şöbəsinin baş kitabxanaçısı GülşənMəmmədova çıxış edərək bildirdilər ki,  bu qayıdış Azərbaycanı bütün bəlalardan xilas etdi, Azərbaycanda qardaş qırğınının qarşısı alındı. Azərbaycan parçalanmaqdan, dağılmaqdan azad oldu. Azərbaycanda anarxiyaya, xaosa, hərc-mərcliyə, ictimai-siyasi həyatdakı dərəbəyliyə, özbaşınalığa və qanunsuzluğa son qoyuldu, süqut etməkdə olan dövlətçiliyimiz və müstəqilliyimiz möhkəmlənməyə başladı; iqtisadiyyatımız yüksəliş yoluna qədəm qoydu, dövlət çevrilişlərinin qarşısı alındı, milli ordumuz silahlı dəstələrə parçalanmaqdan xilas olub güclənməyə başladı, torpaqlarımızın işğalı dayandırıldı. "Əsrin müqaviləsi" imzalandı. Bütün bunlar az bir müddətdə, cəmi dörd il ərzində: 27 iyun 1997-ci il tarixində 15 iyun gününün Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının bütün dünyaya elan edildiyi vaxta kimi, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri nəticəsində mümkün olmuşdur. Tədbirdə “Azərbaycan Heydər Əliyev , Heydər Əliyev Azərbaycan” adlı film, uşaq kitabxanasının oxucularının ifasında ədəbi kompozisiya və “15 iyun Milli Qurtuluş günüdür” adlı sərgi nümayiş etdirilmişdir.

 

 

84 KB

 

36.7 KB

 

40.4 KB