Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Regional Mədəniyyət İdarəsi Füzuli rayon Muğam Mərkəzində “Vətənin igid oğlu Şahin Əsgərov”un əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

13.06.2019

    13 iyun 2019 – cu il tarixində şəhidin xatirəsinə həsr olunmuş tədbirə başlamazdan əvvəl Füzuli rayon Mədəniyyət evinin və Əhmədalılar kənd Mədəniyyət evinin işçiləri şəhidin ailə üzvləri ilə birgə şəhid Şahin Əsgərovun qəbrini ziyarət edərək əziz xatirəsini əklil və gül dəstələri ilə yad etmişlər. Tədbir iştirakçıları Füzuli rayon Tarix-diyarşünaslıq muzeyinin Qarabağ Müharibəsi illərində istifadə olunmuş əşyalardan ibarət  təşkil etdiyi sərgi ilə tanış oldular.

      Tədbirdə çıxış üçün söz ilk növbədə Füzuli rayon icra hakimiyyətinin başçısının müavini, ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar xanım Eyvazovaya verildi. Şəhidin sinif yoldaşları və yaxınları çıxış edərək vətən uğrunda canından keçmiş qəhrəman Şahin Əsgərovun döyüş yolundan bəhs etdilər.  Daha sonra Əhmədalılar kənd Mədəniyyət evinin məktəblilərlə birgə hazırladığı əbədi bədii kompozisiya təqdim edildi.

     Şəhid Şahin Əsgərov haqqında Mahmud Qacar və Bəhram Məmmədovun müəllif olduğu “Füzuli şəhidləri” və Hacı Tofiq Seyidzadənin “Zəngəzur Qartalı şəhid Şahin Əsgərovun Qəhrəmanlığı” adllı kitablarda şəhidin qəhrəmanlığı haqqında geniş məlumatlar verilmişdir. Tədbirdə iştirak edən kitabın müəllifi Hacı Tofiq Seyidzadə çıxış edərək kitab haqqında daha ətraflı məlumat vermişdir. Sonda Şahin Əsgərov haqqında qısa metrajlı kadrlardan ibarət videoçarx təqdim olundu.  

     Tədbirdə rayon ictimaiyyəti , N saylı hərbi hissənin zabit və əsgər heyəti,  mədəniyyət müəssisələrinin  işçiləri birgə 350 nəfər iştirak etmişdir.

 

104.9 KB

 

117.8 KB

 

46.3 KB