Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzində 15 iyun –Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirildi

13.06.2019


    13 iyun 2019-cu il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzində 15 iyun –Milli Qurtuluş günü münasibəti ilə İmişli rayon Mədəniyyət Mərkəzinin, İmişli Uşaq musiqi məktəbinin , İmişli uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Onu zaman çağırır...” adlı İmişli rayon İcra Hakimiyyətinin ,rayon huquq mühafizə orqanlarının, səhiyyə, təhsil , mədəniyyət və diyar rayon idarə -müəssisə təşlatlarının rəhbərləri və rayon ictimayətinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir açıq elan edildi Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Sonra tədbirin aparcısı Sənəm Məmmədli çıxış üçün sözü Rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevə verdi. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında həmin illərin hadislərinə nəzər salaraq tədbir iştirakçilarını bayram günü münasibəti ilə təbrik etdi. Təbirdə İftixar Piriyevin (iki hissəli tarxi dram) əsərindən bir parça , mədəniyyət mərkəzinin direktoru Sərvər Şirinov və Uşaq İncəsənət məktəbinin müəllimi Elnur Məcidov tamaşaçılara təqdim etdi. Müğənnilərdən Uşaq musiqi məktəbinin müəllimləri Baxış Babaşovun, Kərim Xudiyevin, uşaq ansanblının , Uşaq İncəsənət məktəbinin müəllimləri Elnur Məcidovun, sazda Həmid Qurbanovun, Uşaq İncəsnət məkətəbinin yetirmələri Kəmalə Abbasovanın , İsaq Habiloğlunun , İmişli rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri bəstəkar müğənnli Şakir Quliyevin, Zeynab Rəhimlinin, Natiq İmanovun, Gülnarə Şirxanovanın oxuduqları bir – birindən rəngarəng musiqi nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmış, Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Ekizlər rəqs qurupunun və Tağızadə Nurcanın təqdim etdiyi rəqs nömrələri tədbirə xüsusi rəng qatmışdır. Elnur Məcidovun oxduğu Müslüm Maqamayevin “Azərbaycan ” mahnsı ilə tədbir başa çatmışdır.
Server Shirinov 
Кому: kurdamir regional medeniyyet
 

 

1.5 MB

 

1.5 MB

 

1.3 MB