Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

YAP Kürdəmir rayon təşkilatı tərəfindən 13 iyun 2019-cu il tarixdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilmişdir.

13.06.2019

     Kürdəmir Regional Mədəniyyət İdarəsi, rayon Təhsil şöbəsi, YAP Kürdəmir  rayon təşkilatı tərəfindən keçirilən müsabiqədə ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Yaradılmış münsiflər heyətinin iştirakı ilə iştirakçılar dinlənildi. Səsləndirilən əsərlərdə İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğu bir daha öz ifadəsini tapıb. İmadəddin Nəsiminin anadilli şeirin humanist ideyalarla, yeni məzmun və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətləri var. Mütəfəkkir şairin şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər və dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə edilib.

       Münsiflər heyətinin qərarı ilə Şəhər 3 saylı tam orta məktəbinin   şagirdi Abdullayeva Sahilə Fərman qızı  birinci, Şəhər 1 saylı tam orta məktəbinin  şagirdi Heydərova Təranə İsrafil qızı ikinci, Atakişili kənd tam orta məktəbinin şagirdi Kərimova Natavan Ramiq qızı  üçüncü yerə layiq görülüblər . Onlar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Qaliblər YAP Kürdəmir rayon təşkilatı tərəfindən  fəxri fərman və və  qiymətli  hədiyyələrlə  mükafatlandırılıblar.

 

 

 

 

82.9 KB

 

93.4 KB

 

95.9 KB