Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mədəniyyət Mərkəzində ”Yaylalar” rəqs kollektivinə mükafatların təqdim olunması təşkil edilib

13.06.2019

Beyləqan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Türklər kənd Folklor klubunun  “Yaylalar” rəqs kollektivi  respublika, regional və ümumrayon əhəmiyyətli tədbirlərində fəal iştirak edərək öz etnik rəqs nümunələri ilə tamaşaçıların böyük rəğbətini qazanmışlar.

2019-cu ilin 5 ayı ərzində Bakı şəhərində, Tərtər, Kürdəmir, Cəlilabad rayonlarında rəqs kollektivi uğurlu çıxışları ilə daha çox yadda  qalmışlar.

Bütün bunları nəzərə alaraq Kürdəmir Regional Mədəniyyət İdarəsi və Beyləqan rayon nümayəndəliyi “Yaylalar” folklor rəqs kollektivinin bədii rəhbəri Bayram Əhmədov və üzvlərinin mədəniyyət sahəsində uğurlu fəaliyyətini yüksək qiymətləndirərək onları Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif etdi.

Təltifoluma mərasimində çıxış edən Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Nazim Mirzəyev çıxışında “Yaylalar” folklor rəqs qrupunun  tədbirlərdə uğurlu çıxışından bəhs edərək, onların hər birinə təşəkkürünü bildirdi və uğurlar arzuladı.

 Kollektivin bədii rəhbəri Bayram Əhmədov çıxışında Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədova Beyləqan rayon mədəniyyət işçilərinə, həmçinin “Yaylalar” folklor rəqs kollektivinə göstərdiyi böyük diqqət və qayğıya görə xüsusi minnətdarlığını bildirdi.

 

 

110.3 KB

 

137.2 KB

 

119.5 KB