Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsi rayonda 15 iyun – Milli Qurtuluş gününə həsr edilmiş ümumrayon musiqili bayram tədbiri keçirdi

15.06.2019

         15 iyun 2019 – cu il tarixdə Kürdəmir rayonunda “Qələbə” parkında 15 iyun -Milli Qurtuluş gününə həsr edilmiş ümumrayon  bayram tədbiri keçirilmişdir.Tədbirin keçirilməsi üçün rayonun “Qələbə” parkı bayramsayağı bəzədilmişdir. Parka daxil olarkən mərkəzi hissədə Ümummilli Lider Heydər Əliyevin böyük portreti diqqəti cəlb edir. Parkın müxtəlif yerlərində  Milli Qurtuluş gününə aid panno, şüar və plakatlar asılmışdır. Ansamblın çıxışı üçün bütün hazırlıq işləri görülmüş, səsgücləndirici vasitələr quraşdırılmış, mikrofonlar hazır vəziyyətə gətirilmişdir.

         Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşları, mədəni – maarif işçiləri, rayon sakinləri iştirak edirlər.     

             Tədbiri Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Hacıyev Kamil açıq elan etdi.Tədbirin bədii hissəsində rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayonun tanınmış incəsənət ustaları və gənc istedadlar şən mahnılarla çıxış etdilər. Bayram konserti  tədbir iştirakçılarında xoş təsürat yaratdı.

 

 

1.3 MB

 

1.3 MB

 

1.4 MB