Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

26 iyun – Milli Silahlı Qüvvələr Günü münasibəti ilə Kürdımir Regional Mədəniyyət İdarəsi rayonda yerləşən “N” saylı hərbi hissədə “Salam əsgər” adlı tədbir keçirdilər

22.06.2019

   22 iyun 2019 – cu il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Kürdəmir rayon Mədəniyyət  Mərkəzinin təşkilatçılığı ilə Kürdəmir rayon “N” saylı hərbi hissədə Kürdəmir və İmişli rayon Mədəniyyət  Mərkəzlərinin əməkdaşlarının  iştirakı ilə 26 iyun- Milli Silahlı Qüvvələr Gününə həsr edilmiş “Salam əsgər” adlı tədbir  keçirildi.

        Tədbirdə Müdafiə Nazırlıyinin nümayəndəsi,  “N” saylı hərbi hissənin əsgər və zabirləri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Kürdəmir və İmişli rayon Mədəniyyət  Mərkəzinin işçiləri iştirak etdilər.

        Tədbirin bədii hissəsində Kürdəmir və İmişli rayon Mədəniyyət Mərkəzinin işçilərinin iştirakı ilə rayonun tanınmış incəsənət ustaları şən mahnılar, maraqlı şeirlər və rəqslər ifa etdilər.

       Kürdəmir rayon orta məktəb şagirdlərinin əsgərlərə ünvanlanmış “Salam əsgər” adlı məktubları hərbi hissənin əsgərlərinə çatdırıldı.

       Tədbir iştirakçıları geniş və maraqlı konsert proqramına görə tədbiri təşkil edənlərə öz təşəkkürlərini bildirdilər və hərbi hissə komandiri tərəfindən Kürdəmir və İmişli rayon Mədəniyyət Mərkəzlərinin kollektivləri Fəxri Fərmanla təltif edildilər .

 

 

 

 

 

 

2.1 MB

 

2.2 MB

 

2.3 MB