Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rayon Tarix-Diyarşünaslıq muzeyinə N saylı hərbi hissənin əsgərlərinin ekskursiyası təşkil edilib

25.06.2019

   Rayonda yerləşən "N" saylı hərbi hissənin əsgər və zabitlərinin muzeyə ekskursiyası. 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə rayonda yerləşən "N"saylı hərbi hissənin əsgər və zabitləri muzeydə ekskursiyada olmuşdirlar. Ekskursiya zamanı gələn qonaqlara bu əlamətdar günlə bağlı məlumat verilərək bildirilmişdir ki, İyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gündən ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.

Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə ulu öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Bu dahi insanın vaxtilə ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxmaqla, onların fəaliyyətini qanundankənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı.Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələ oldu.Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Sonra hərbi həssənin əsgər və zabitləri muzeydə nümayiş olunan məişət və etnoqrafiya, Ərəbqubalı kəndi yaxınlığındakı "Şəhərgah" yaşayış yerindən tapılmış şirli və şirsiz qab parçaları, qara çıraqlarla yaxından tanış olmuş və onların tarixi haqqında məlumatlar verilmişdir. 
 

 

67.3 KB

 

56.3 KB

 

62.1 KB