Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Uşaq musiqi məktəbi ”N” saylı hərbi hissədə konsert təşkil ediblər

27.06.2019

26 iyun 2019-cu il tarixdə Silahlı Qüvvələr Günü münasibətilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli şəhər uşaq musiqi məktəbi rayon ərazisində yerləşən N saylı hərbi hissədə konsert proqramı təşkil edib. Tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi münasibətilə əsgərləri təbrik edib, çətin və şərəfli xidmətdə onlara müvəffəqiyyət arzulayıblar. Baxış Babaşovun rəhbərliyi altında uşaq musiqi məktəbinin "Araz" instrumental ansamblının çıxışları əsgərlərdə xoş əhval-ruhiyyə yaradib. Məktəbin müəllimlərinin vətənpərvərlik ruhunda səsləndirdiyi mahnılar hərbi hissənin əsgər və zabit heyəti tərəfindən böyük coşqu ilə qarşılanıb. Sonda hərbi hissənin rəhbərliyi keçirilən tədbirə görə məktəbin kollektivinə təşəkkürünü bildirib.

 

260.3 KB

 

190.4 KB

 

155.7 KB