Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Biz vətənə borcluyuq” adlı konsert Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzi tərəfində ”N” saylı hərbi hissədə keçirildi

27.06.2019

   26 İyun 2019- cu il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 101- ci ildönümü ilə əlaqədar olaraq Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzi (filialları ilə birlikdə ) rayon ərzisində yerləşən “N” saylı hərbi hissələrdə “Biz vətənə borcluyuq” adlı konsert proqramı ilə əsgər və zabitlər qarşısında çıxış etmişlər. Hərbi hissələrdə istedadı olan əsgərlərimizi öz əsgər yoldaşları qarşısında çıxış etmələri üçün imakan yaradılmışdır.Müğənnilərdən Zeynab Rəhimlinin , İsaq Ocaqovun, Şakir Quliyevin vətənpərvrəlik mövzüsunda oxuduqları rəngarəng mahnılar və musiqiçilərin ifa etdikləri rəqs nömrələri əsgərlər tərəfindən alqışlarla qarşılanmışdır. İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov hərbi hissələrdə olarkən bayram günü münasibəti ilə əsgər və zabitləri təbrik etmiş , onlara bu çətin və şərəfli yolda uğlar arzulamış, vətənə öz borcularını layiqincə yerinə yetirərək öz evlərinə sağ-salamat dönmələrini qeyd etmişdir.

 

88.1 KB

 

77.5 KB

 

96.7 KB