Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Ordum varsa Yurdum var!” adlı konsert proqramının təşkili Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon mədəni- maarif müəssisələrinin kollektivi ”N” saylı hərbi hissədə olub

27.06.2019

26  iyun Silahlı  Qüvvələr günü ilə əlaqədar  Beyləqan rayon mədəni – maarif  müəssisələrinin kollektivi  Tədbirlər Planına uyğun olaraq hamiliyə götürdüyü   hərbi hissələrdə “Ordum varsa Yurdum var!” başlığı altında silsilə bayram tədbirləri  təşkil  etmişdir.

26 iyun 2019-cu il tarixdə Beyləqan rayon Mədəniyət və İstirahət parkında təşkil olunan ümumrayon tədbiri öncə rayon ictimaiyyətinin nümayəndələri, müharibə və əmək veteranları,  əsgər və zabitlərin iştirakı ilə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulması ilə başlanıldı.

Sonra hərbi hissənin orkestrinin ifasında hərbi  vətənpərvərlik mövzusunda mahnılar səsləndirildi.

      26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar gün ərzində 8 hərbi hissədə bayram konsertləri verildi, əsgər və zabitlərlə görüşlər təşkil edildi.

Belə ki, rayon Uşaq Musiqi məktəbinin “Aranqala” instrumental ansamblı və  rayon Mədəniyyət Mərkəzinin  “Mil”  instrumental ansambılı  hərbi hissələrdə  bayram tədbirləri ilə əlaqədar konsertlər təşkil etmişdir.

      Beyləqan rayon mədəniyyət işçilərinin əsgər və zabitlər qarşısında təşkil etdiyi  konsertlər  hərbi hissənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, mədəniyyət işçilərinin əməyi   hərbi hissələr tərəfindən 8 Fəxri  Fərmanla mükafatlandırılmışdır. 

 

85.1 KB

 

42.7 KB

 

33.9 KB