Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən tədbir Regional Mədəniyyət İdarəsinin Xocavənd rayon MKS-nin kollektivi tərəfindən qeyd edilmişdir

28.06.2019


26 iyun 2019-ci il tarixdə N saylı hərbi Hospitalda Silahlı Qüvvələr Günü münasibəti ilə "Ordumuz qürurumuzdur" devizli tədbir keçirilib. Rayon ictimaiyyəti nümayəndələrinin və MKS-nin işçiləri də iştirak etdiyi tədbirdə iştirakçılara Azərbaycan Ordusunun yaranma tarixi və keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Silahlı Qüvvələr Gününün Xocavəndlilərin həyatında əlamətdar hadisə olduğunu vurğuladı. Bildirdi ki, bu gün xalqımızın və ordumuzun şəxsi heyətinin mənəvi səfərbərliyi vacibdir və ölkə rəhbərliyinin bu istiqamətdə apardığı siyasət həm xalqın, həm də ordunun qüdrətini daha da artırır. Əgər şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı və vətənpərvərlik hissi yüksək səviyyədə deyilsə, xalq öz ordusuna inanmırsa, nə qədər müasir, güclü döyüş texnikaya və silahlara malik olsa da, həmin ordu müharibədə məğlub olacaqdır. Fəxr edirik ki, Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi bu gün əsgər və zabitlərimizin döyüş ruhu və vətənpərvərlik hissi çox yüksək səviyyədədir. Ən önəmlisi isə ölkəmizdə dövlət, xalq və ordu birliyi sarsılmazdır. Başçı üçrəngli bayrağımızın Lələtəpədə dalğalandığı kimi Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızda tezliklə dalğalanacağına və belə tədbirləri doğma Qarabağımızda qeyd edəcəyimizə əminliyini ifadə etdi.
General-mayor Mais Bərxudarov çıxışı zaman gənc əsgərlərimizi bir daha Ulu Öndərin bizlərə miras qoyduğu ənənələrə sadiq olduqlarını, vətən müdafiəçilərinin hər zaman Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyevin “irəli” əmrini gözlədiklərini və qələbə üçün savaşa qatılmağa hazır olduqlarını bildirdi. 
Digər çıxış edənlər də Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü sayəsində işğal altındakı bütün torpaqlarımızın azad olunacağına əminliklərini ifadə ediblər.
Tədbirdə Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik ruhunda çıxışlar edib, şeirlər, kompozisiyalar ifa ediblər.
Sonda Silahlı qüvvələr Günü münasibətilə bir qrup hərbi qulluqçu və tibbi xidmət heyəti Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələrlə təltif edilmişdir.

 

71.1 KB

 

80.5 KB

 

74.9 KB