Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə “Mirzə Cəlil - İlk muzey” adlı elmi-nəzəri konfrans Beyləqan rayon Tarix-Diyarşünaslıq muzeyində təşkil olunub

28.06.2019

 

   28 İyun 2019-cu il tarixində Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamına əsasən “Mirzə Cəlil-İlk muzey” adlı elmi-nəzəri konfrans keçirtdi. Konfransda Azərbaycan Yazıçılar Birliyi Beyləqan rayon bölməsinin üzvləri, Mərkəzi Kitabxana Sisteminin işçiləri, Dini Qurumlar Üzrə Dövlət Komitəsinin üzvü və “Beyləqan” qəzetinin müxbiri iştirak etdilər.

   Tədbiri muzeyin direktoru  M. İsgəndərova açaraq Cəlil Məmmədquluzadənin Azərbaycanda yaratdığı ilk muzeydən-Nehrəm kənd muzeyindən, onun fəaliyyətinin xalqın maariflənməsindəki rolundan, ümumiyyətlə C. Məmmədquluzadənin tariximizin, mədəniyyətimizin qorunmasındakı fəaliyyətindən danışdı.

  Daha sonra muzeyin əməkdaşları Ə. Nəbiyeva, A. Namazova, AYB-nin Beyləqan bölməsinin rəhbəri A. Cəfərli, üzvləri R. Budaq, V. Əhmədbəy, MKS-nin şöbə müdiri Q. Fərhadova, DQDK-nin nümayəndəsi B. Ədalətoğlu C. Məmmədquluzadənin geniş yaradıcılığı, satirik üslubu, ədəbiyyatımızda, jurnalistikada olan rolu haqqında çıxışlar etdilər.

 

46.8 KB

 

56.4 KB

 

67.7 KB