Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Polis işçilərinin peşə bayramı münasibəti ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayon Heydər Əliyev mərkəzində dəyirmi masa keçirildi

02.07.2019

2 iyul 2019 -  cu il tarixində  Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin möhtəşəm abidəsinin önünə tər çiçək dəstələri düzərək , Onun əziz xatirəsini yad etdiər.
Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova tədbiri açaraq polis əməkdaşlarını təbrik etdi və bildirdi ki , bu gün Azərbaycan polisinin yaradılmasından 101  il ötür. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Ümummilli Lider  Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla hər il iyulun 2-si  " Azərbaycan polisi günü " kimi qeyd edilməyə başlanmışdır. Azərbaycan polisinin fəaliyyəti səmərəli , dövlət və xalq üçün əhəmiyyətlidir. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında hiss edir. Azərbaycan polisinə qarşı bu diqqət və qayğı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Daha sonra  dəyirmi masa  iştirakçıları Mərkəzdə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış oldular.

 

 

78 KB

 

48.4 KB

 

77.2 KB