Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmirin Fədakar övladları Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayon Tarix-Diyarşünaslıq muzeyində yad ediliblər

02.07.2019

 

Ziyalılar cəmiyyətin xususi bir qrupudur ki, onların əqli zəhməti nəticəsində cəmiyyət inkişaf edir. Ziyalı həm də ümumi insan dəyərlərini  məxsus olduğu xalqa və ümumilikdə bütün dünyaya paylayır. İndiyədək hesab olunurdu ki, ziyalılar ancaq alı təhsilli şəxslərdən ibarət ola bilər. Lakin son dövrlərdə rastlaşdığımız bir sıra olaylar bunun heç də belə olmadığı qənaətinə gətirir. Aprel döyüşlərində igidlik göstərmiş öz şücaəti ilə qocalı-cavanlı neçə-neçə insanlarda vətənpərvərlik hissini alovlandırmiş qarabağ şəhidləri buna misal ola bilər. Onlar öz cansız cismləri ilə xalqın önünə çıxmış və vətən torpağının hər qarışının müqəddəs olduğunu cəmiyyətə daha mötədilliklə anlatmışlar. Belə qəhrəman övladlardan biri də Kürdəmirli şəhid Əbubəkr İsmayılovdur. Kürdəmirin fədakar övladları adlı guşədə Əbubəkrin foto şəkili və onun qəhrəmanlığı haqda geniş məlumat verilir. Kürdəmirli ziyalılardan digər biri Soltan Şıxaliyevdir. Çoxda uzaq olmayan bir dövrdə Kürdəmir əhalisi sudan bərk korluq çəkirdi. Xüsusilə yay aylarında əlində vedrə böyük bir kütlə şəhərin küçələrini gəzir bir içim su üçün uzaq məsafələrə getməyə məcbur olurdular. Məhz Soltan müəllimin qətiyyəti və fədakarlığı sayəsində Kürdəmirə ilk dəfə su çəkilmiş və rayon cammatı bu çətin vəziyyətdən qurtulmuşdur. Soltan müəllim Kürdəmir üçün bir sıra işlər görmüşdür ki, bu səbəbdən Kürdəmirlilər onun ruhunu hörmətlə anırlar.

 

89.8 KB