Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Azərbaycan şairi, yazıçısı Abbasqulu Ağa Bakıxanovun anadan olması ilə əlaqədar mühazirə təşkil edilib

03.07.2019

     3  iyul 2019 – cu il tarixində Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və maarifçisi Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 225-ci ildönümünə həsr olunmuş “Abbasqulu Ağa Bakıxanov – 225” adlı mühazirə təşkil olundu.

    Çoxcəhətli bədii və elmi yaradıcılığa malik Abbasqulu Ağa Bakıxanov tarix, dil-ədəbiyyat, coğrafiya, fəlsəfə, məntiq və astronomiya elmlərindən bəhs edən əsərlərin müəllifidir. Mühazirə zamanı Mərkəzin əməkdaşı Xəyyam Məlikov Abbasqulu Ağa Bakıxanovun Azərbaycan və rus dillərində "Seçilmiş əsərlər"i, "Qüdsinin sərgüzəştləri", "Hind əfsanəsi", "Bədii əsərlər", "Əsrarül-mələküt", "Gülüstani-İrəm" kitabları, eləcə də elmi və ədəbi irsinin digər nümunələri haqqında mühazirə etdi.

 

87.8 KB

 

96.2 KB