11.07.2019
MKS-nin Uşaq şöbəsi 08 iyul 2019-cu il tarixdə 6 saylı uşaq baxçasında “Yeni kitablarla tanış olun” başlıqlı kitab sərgisini təşkil etdilər
Şöbənin müdiri Şəfəq Əhmədova və biblioqrafı Ülkər Rəsulova 5 yaşlılara “Üç pişik balası” və “Ayının yuxusu” nağıllarının ucadan oxusunu keçirdi.
Tədbirdə şair Abbas Səhhətin “Cücələrim” adlı kitabı, Respublika Uşaq kitabxanası tərəfindən kitabxanamıza hədiyyə etdiyi kitablar uşaqlarda maraq oyatdı.
Tədbirin sonunda qrup müəlliməsi Kəmalə Nəsirova çıxış edərək kitabxana işçilərinə öz minnətdarlığını bildirdi və belə tədbirlərin uşaqlarla tez-tez keçirilməsini arzuladı.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərtib etdiyi qrafikə uyğun olaraq 2019-cu ilin iyul ayı ərzində bütün Uşaq Baxçalarında yeni çap olunmuş uşaq kitablarının təbliğ edilməsi məqsədilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.