Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Beyləqanı regionun ən təmiz şəhərinə çevirək” devizi altında tədbir keçirib

12.07.2019

    “Beyləqanı regionun ən təmiz şəhərinə çevirək” devizi altında 10 iyul 2019-cu il tarixdə Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında rayon mədəniyyət müəssisələrinin, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurası və “Ekoloji İnformasiya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirildi.

Tədbirdə MKS-nin direktoru Gültəkin Məmmədova Beyləqan şəhərinin abadlaşdırılması istiqamətində son vaxtlar aparılan işlər haqında geniş məlumat verərək bildirdi ki, həqiqətən son aylar Beyləqan şəhərində görülmüş abadlıq və quruculuq işləri uğurla həyata keçirilir.

Şəhərlərin abadlaşdırılması və məişət tullantılarının idarə olunması ilə bağlı əhali arasında maarifləndirilmə işlərinin aparılması mövzusunda layihənin rəhbəri Xosrov Musayev çıxış edərək bildirdi ki, dünya ölkələrində  çoxdandır ki,məişət tullantılarına yalnız zibil kimi yanaşılmır. Belə ki, inkişafda olan ölkələr hazırda məişət tullantılarının idarə olunması onların yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində ən optimal variantın axtarışındadır.

Tədbirdə “Bərk məişət tullantılarının idarəolunması ilə bağlı regionlarda maarifləndirmə işlərinin aparılması”mövzusunda geniş müzakirələr aparıldı.

Tədbirin sonunda mövzu ilə əlaqədar kitabçalar və bukletlər paylanıldı.

 

 

64 KB

 

73.9 KB

 

6.9 KB