Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Amerika Mərkəzi –Summer Camp 2( Yay düşərgəsi 2)

12.07.2019

      2019 – cu ilin  iyul ayının 8 – də saat 12 də Kürdəmir Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayon Mərkəzi kitabxanasının nəzdində fəaliyyət göstərən   Amerika Mərkəzində  Summer Camp 2 – də (2-ci Yay düşərgəsi)  iştirak etmək üçün inşa yazı müsabiqəsi keçrildi. İnşa yazı müsabiqəsində Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva və Bakı Amerika Mərkəzinin əməkdaşları Nərgiz Axundova və Əli İbrahim iştirak edirdi. Müsabiqədə əvvəlcədən qeydiyyatdan keçmiş 25 uşaq iştirak etdi. İştirakçılar  90 dəqiqə ərzində “Mənim qazandığım naliyyətlər “ mövzusunda inşa yazdılar. Sonra uşaqlar və valideynlər onlar üçün təşkil olunmuş “Açıq qapı” günündə iştirak etdilər. “Açıq qapı” günü zamanı Amerika Mərkəzinin təşkil etdiyi proqramlar haqqında məlumatlar verildi və  valideynləri və uşaqları maraqlandıran sualları cavablandırdı.

Qeyd edək ki, müsabiqədən keçən uşaqlar  07-13 avqust tarixlərində Summer Camp 2 – də iştirak etmək hüququ qazanacaqlar.

 

92.2 KB

 

99.3 KB

 

96.5 KB