Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Beyləqan rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” adlı tədbir keçirildi.

15.07.2019

  Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları və “N” saylı 2 hərbi hissənin komandirləriavədşəxsiaheyətiaiştirakaetdilər. Əvvəlcə Ulu Öndərin abidəsi önünə güllər qoyulub, xatirəsinə hörmət və ehtiram ifadə edildi.Tədbir Heydər Əliyev Mərkəzində davam etdi. Tədbir iştirakçıları əvvəlcə Mərkəzin ekspozisiya zalı ilə tanış oldular.

   Tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Yeganə Məmmədova Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını bildirdi. O qeyd etdi ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər respublikamız keçmiş SSRİ-də geridə qalan respublikalardan biri idi. Amma Ulu Öndər 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra bütün sahələrdə inkişaf  başladı. Belə ki, sosial-iqtisadi, mədəniyyət, elm, təhsil sahələrində ciddi inkişaf baş verdi və qısa zamanda Azərbaycan keçmiş ittifaq respublikaları arasında ön sıralara çıxdı.

   Məmmədova vurğuladı ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın və intibahın əsası qoyuldu. Eyni zamanda, milli özünüdərk prosesi formalaşdı ki, bunun nəticəsində 1980-ci illərin sonunda xalqımız azadlıq mübarizəsinə qalxmış oldu.

Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu deyən  Məmmədova bildirdi ki, bu gün Azərbaycanın bütün nailiyyətlərinin kökündə Heydər Əliyev siyasəti dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, əhalinin rifah halı daha da yüksəlir. Eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda da nüfuzu artmaqda, mövqeləri möhkəmlənməkdədir. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən, ən perspektivli ölkələrdən biri kimi qəbul olunur. 

  “N” saylı hərbi hissənin komandiri Anar Kazımov çıxış edərək bildirdi ki,Ümummilli Liderin Azərbaycanın xoşbəxt, təhlükəsiz gələcəyinə təminat verən zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də ordu quruculuğu təşkil edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahədə əsaslı dönüş yaradılmış, ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesinə başlanılmışdır. Məhz Ümummilli Liderin cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başlamışdır. Bu məktəbin yaradılması o zaman çox böyük cəsarət tələb edirdi. Belə ki, Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin açılması o vaxtkı SSRİ rəhbərliyini narahat edirdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyevin mahir diplomatiyası, qətiyyəti və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almağı bacardı.

Natiq çıxışının sonunda əminliklə bildirdi ki, regionun ən qüdrətli ordusu - Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini dərhal və uğurla yerinə yetirməyə hazırdır, buna tam qadirdir.

Digər natiqlər də Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun öz başlanğıcını əslində, 1969-cu ildən – məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə götürdüyü fikrini səsləndirdilər. Qeyd etdilər ki, Ulu öndərin hakimiyyətə gəlişindən sonra sənayedə, kənd təsərrüfatında, mədəniyyət sahəsində, incəsənət, kino, teatr, rəssamlıq və digər sahələrdə də intibah dövrü başlandı. Məhz həmin illər ərzində Azərbaycanda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan neçə-neçə binalar tikilib istifadəyə verilmişdir. Ulu öndərin hakimiyyəti illərində Azərbaycanda müşahidə olunan inkişaf, yüksəliş, tərəqqi bu gün də Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Tədbir Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin 1-ci dövründəki fəaliyyitindən bəhs edən filmin nümayişi ilə sona çatdı.
 

 

77.7 KB

 

292.8 KB

 

46.6 KB