Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

14 iyul 2019-cu il tarixində Beyləqan rayon Mədəniyyət Mərkəzində şəhid Tural Əhlimanlının doğum günü münasibəti ilə anım tədbiri keçirildi.

15.07.2019

    Şəhidin ailə üzvləri və yaxınlarının, Qarabağ müharibəsi veteranları, N saylı hərbi hissənin əsgər və zabitləri, rayon mədəni-maarif müəssisələrinin işçilərinin iştirakı ilə keçirilən tədbir torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Beyləqan rayon filialının sədri Rövşən Namazəliyev çıxışında, şəhid Tural Əhlimanlı haqqında geniş məlumat verərək bildirdi ki, torpaqlarımız uğrunda canlarından keçmiş oğul və qızlarımızın doğum və anım günləri daim qeyd olunaraq, xatirəsi  yad edilir.

Çıxış edənlərdən, Lələtəpə döyüşünün qəhrəmanıdan biri, şanlı bayrağımızı Lələtəpə yüksəkliyinə sancan əsgərimiz Asim Əliyev şəhidin keçdiyi döyüş yolundan bəhs edərək qeyd etdi ki, Azərbaycan əsgəri 2016-cı ilin Aprel Döyüşlərində düşmənə bir daha öz gücünü göstərdi və sübut etdi ki, biz hər an torpaqlarımızı azad etməyə hazırıq.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə nümayəndəsi Nazim Mirzəyev çıxış edərək bildirdi ki, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğul və qızlarımız döyüşlərdə mənfur düşmənə ağır zərbə vurmaqla, təkcə qəhrəmanlıq salnaməsinə adlarını yazmırlar, eyni zamanda onlar Vətənin bölünməzliyinə imza atırlar. 

 Tədbirin sonunda Şəhidin   xatirəsinə həsr olunmuş şerlər səsləndirildi və  Tural Əhlimanlıya həsr olunmuş videoçarx nümayiş olundu.

 

 

109.2 KB

 

91.6 KB

 

69.9 KB