Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Mətbuatının 144 illiyi münasibətilə Beyləqan rayon Mədəniyyət Mərkəzinin iclas zalında “Milli mətbuatımızın dünəni və bu günü” adlı dəyrimi masa təşkil olundu

23.07.2019

    Mədəniyyət müəssisələri işçilərinin iştirakı ilə keçirilən tədbirdə Mədəniyyət Mərkəzinin direktoru İxtiyar Məhəmmədli  çıxış edərək, milli mətbuatımızın tarixindən geniş və əhatəli  bəhs etdi.

Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında “Milli mətbuatımızın banisi-Həsən bəy Zərdabi” adlı məruzə keçirildi.

Tədbirdə mədəni-maarif müəssisələrinin işçiləri iştirak etdi.

Tədbirdə çıxış edən MKS-nin direktoru Gültəkin Məmmədova çıxışında qeyd etdi ki, 1875-ci ilin 22 iyul tarixi milli mətbuatımıza qızıl hərflərlə yazılmış bir gündür. Həmin gündən özülü qoyulan mətbuatımızın banisi, görkəmli  ziyalı Həsən bəy Zərdabinin təşəbbüskarlığı, maliyyə dəstəyi və iradəsi sayəsinə işıq üzü görən  “Əkinçi”  Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzet olmuşdur.

Tədbirdə çıxış edən Dostluq klubunun mədəni təşkilatçısı Nərmin Qurbanova və digərləri öz çıxışlarında, çətin və keşməkeşli tarixi mərhələlər keçən Azərbaycan mətbuatı və onun hazırki dövründən bəhs edərək bildirdilər ki,  Azərbaycanda mediaya dövlət qayğısı çox yüksəkdir. Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan mətbuatının inkişafına xüsusi diqqət yetirilir.

Hər il Azərbaycanın media nümayəndələrinə dövət tərəfindən mənzillər paylanılır. Dünyanın heç bir dövlətində hökumət jurnalistlərə pulsuz ev bağışlamır. Amma Azərbaycanda medianın dostu olan Prezident İlham Əliyev jurnalistlərə bu jesti edir. Bu isə bir daha dövlət və media arasında müstəqil və səmərəli əməkdaşlığın qurulmasına böyük təkan verir.

Tədbirin sonunda “Milli mətbuatımız- 144” adlı  sərgi təşkil olundu.

 

38.2 KB

 

47.8 KB

 

36.4 KB