Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Beyləqan rayon MKS-nin Uşaq şöbəsinin tərtib etdiyi “Balacaların nağıl dünyasına səyahət” adlı tədbir keçirilib

24.07.2019

     22 iyul 2019-cu il tarixdə Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 1 saylı baxçada Respublika Uşaq Kitabxanası tərəfindən kitabxanamıza hədiyyə edilmiş kitabların sərgisi və Azərbaycan Uşaq ədəbiyyatı Antologiyası kitabından “Ayı, tülkü, qurd” və “Cik-cik xanım” adlı nağılların ucadan oxusu  keçirildi.

MKS-nin Uşaq şöbəsinin müdiri Şəfəq Əhmədova yeni kitablarla uşaqları tanış etdi. Şöbənin kitabxanaçısı Nailə Abbasova uşaqlara “Ayı, tülkü, qurd” və “Çik-cik xanım” nağıllarının ucadan oxusunu keçirdi.

Tədbir uşaqların və müəllimlərin marağına səbəb oldu.Tədbirin sonunda qrup müəlliməsi Gülər Hümbətova çıxış edərək kitabxana işçilərinə baxçada keçirdiyi tədbirə görə öz minnətdarlığını bildirdi və belə tədbirlərin uşaqlarla tez-tez keçirilməsini arzuladı.

Yeni nəşr olunmuş uşaq kitablarının təbliği ilə əlaqədar  MS-nin Uşaq Şöbəsinin tərtib etdiyi Tədbirlər Planına uyğun olaraq növbəti tədbir 26 iyul 2019-cu il tarixdə 4 saylı Uşaq Baxçasında  keçirilməsi nəzərdə tutulmuşdur.

 

117.8 KB