Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İmişli rayon Mədəniyyət Mərkəzinin kollektivlərinin iştirakı ilə seminar keçirdilər

26.07.2019

25 İyul 2019- cu il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzi, Mərkəzləşmiş kitabxana sistemi , kənd klub və kənd kitabxana filiallarının iştirakı ilə seminar keçirildi. Seminarda Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (İmişli rayon üzrə nümyəndə) Nazim Əzimov ötən müddət ərzində rayonun mədəniyyət müəssələrində görülmüş işlər , həyata keçirilmiş tədbirlər barədə geniş məlumat vermişdir. O, eyni zamanda Regional idarə tərəfindən İmişli rayon Mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyətinin yaxşılaşması ilə bağlı görülmüş işlərədə toxunmuşdur. Bundan başqa Nazim Əzimov seminar iştirakçılarına gələcəkdə keçiriləcək tədbirlər barədə , sənədləşmənin mövcud vəziyyəti və Kürdəmir Regional Mədəniyyət İdarəsinin verdiyi tapşırıqları vaxtında yerinə yetirilməsi ilə bağlı İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinova və MKS-nın direktoru Hürü Şirinovaya tapşırıqlarını verdi . Daha sonra Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov və MKS-nın direktoru Hürü Şirinova kənd klub və kənd kitabxana filial işçilərinə sənədləşmə işlərinin düzgün aparılması və işçilərin işə davamiyyəti haqqında tapşırıqlarını verdi .Tədbirin sonunda Sərvər Şirinov azərbaycan kinosu olan 1975 –ci ildə rejissor Rasim Ocaqov tərəfindən lentə alınan “Tütək səsi” filmi haqqında seminar iştirakçılarına məlumat vermiş və filim nümayiş etdirilmişdir.

 

51.5 KB

 

88.7 KB

 

48 KB