Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi “Regionlarda kiçik və orta sahibkarlıqla bağlı strateji yol xəritəsi” barədə məlumatlandırma işlərinin aparılması ilə əlaqədar konfrans keçirildi.

29.07.2019

      26 iyul 2019-cu il tarixdə Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurası və rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə “Regionlarda kiçik və orta sahibkarlıqla bağlı strateji yol xəritəsi” barədə məlumatlandırma işlərinin aparılması ilə əlaqədar konfrans keçirildi.

Konfransı giriş sözü ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Nazim Mirzəyev açaraq, Azərbaycan Respublikası Prezidentinin regionlarda kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı verdiyi Sərəncamını yüksək qiymətləndirərək, bununla əlaqədar  görülmüş işlər barədə konfrans iştirakçılarını məlumatlandırdı.

Sosial – Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseyinli konfrans iştirakçılarına regionlarda kiçik və orta sahibkarlıqla bağlı strateji yol xəritəsi və onun respublikada insanların sosial həyatına necə təsir edəcəyi barədə geniş izahat verdi.

Çıxış edənlərdən MKS-nin direktoru Gültəkin Məmmədova, rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisi Kəmaləddin Allahyarov və digərləri çıxışlarında qeyd etdilər ki, bu cür Sərəncamların verilməsi əhalinin sosial rifahının yüksəldilməsində, sahibkarlıq fəaliyyətinin sürətlə inkişaf etməsində mühüm rol oynayacaq.

Sonra konfrans iştirakçıları  ilə fikir mübadiləsi aparıldı,  təklifləri dinlənildi və verilən suallar yerində cavablandırıldı.

Tədbirin sonunda MKS-in filial kitabxanalarında müvafiq Sərəncamın əhali arasında geniş təbliğ olunması məqsədilə məlumat xarakterli tədbirlərin keçirilməsi  nəzərdə tutuldu.

 

 

 

57.4 KB

 

86.9 KB

 

69.8 KB