Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İmişli rayon Mədəniyyət Mərkəzi rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrdə “Vətən sərhəddən başlayır ” adlı tədbir keçirmişdir

19.08.2019


  18 avqust 2019- - cu il tarixində Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin yaranmasının 100 illik (1919-2019) yubleyi münasibəti ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzi (filialları ilə birlikdə) rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə “Vətən sərhəddən başlayır ” adlı tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə açaraq İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov əsgər və zabitləri bayram münasibəti ilə təbrik edərək sözü hərbi hissənin komandirinə vermiş , komandir əsgərləri bayram münasibəti ilə təbrik edərək İmişli rayon Mədəniyyət Mərkəzinin kollektivinə hərbi hissələrdə vətənpərvərlik ruhunda tədbirlər təşkil etdiyinə görə və əsgərlərlə tez-tez görüşlər keçirdiyinə görə öz minnətdarlığını bildirmişdir. Sonra Mədəniyyət Mərkəzinin musiqi kollektivinin ifa etdiyi vətənpərvərlik mövzusunda musiqilər, şerlər və mahnılar əsgərlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmış və alqışlanmışdır. Tədbirin sonunda Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov vətənimizin, torpaqlarımızın müdafiəsində duran əsgərlərmizə bu çətin və şərəfli yolda öz borcunu vətənə layiqincə yerinə - yetirərək öz evlərinə sağ-salamat dönmələrini və belə bayramların işğal altında olan topaqlarımızın tezlikə alınaraq orda keçirmələrini , üç rəngli bayraqlarımızın o, yerlərdə dalğalanmasını arzu etmişdir.Tədbirin sonunda əsgər və zabitlərlə xatirə şəkil çəkilmişdir. Allah bütün əsgər və zabitlərimizi qorusun .Amin !
 

 

105 KB

 

108.8 KB

 

103.6 KB