Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Füzuli rayon Böyük Bəhmənli kənd Mədəniyyət evinin kollektivi Sərhəd Qoşunları günü münasibəti ilə Füzuli rayonun N saylı hərbi hissəsində konsert proqramı təşkil ediblər

21.08.2019

      18.08.2019-cu il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli rayon Böyük Bəhmənli kənd Mədəniyyət evinin kollektivi  18 avqust Sərhəd Qoşunları günü münasibətilə Füzuli rayonun N saylı hərbi hissədə konsert proqramı ilə çıxış etmişlər. Tədbirdə çıxış edənlər bildirdilər ki,hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü  təsdiq edən amillərdən biri də onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. Sərhədlərimizin toxunulmazlığının təmin edilməsi və etibarlı qorunmasının aktual olduğu dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dururlar.  Tədbir konsert praqramı ilə davam etdi,Konsertdə səslənən musiqi və mahnılar əsgər və zabit heyətinin böyük marağına səbəb olmuşdur.

 

83.6 KB

 

115.5 KB

 

91.5 KB