Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə Regional İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzində ”Nəsimi ” filmi nümayiş olunub

27.08.2019

   25 avqust 2019- cu il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə İmişli rayon Mədəniyyət işçilərinin iştirakı ilə tədbir keçirildi .Tədbiri giriş sözü ilə açaraq Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon üzrə  baş məsləhətçisi Nazim Əzimov bildirdi ki , 15 noyabr 2018- ci il tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2019- cu il dahi azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin anadan olamsının 650 illiyi yubileyi ilə əlaqədar olaraq 2019- cu il “ Nəsimi ili ” elan edilmişdir. Bununla əlaqədar olaraq təsdiq olunmuş “Tədbirlər planı” na əsasən il ərzində ölkəmizdə və xaricdə “Nəsimi ili” çərçivəsində bir sıra silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. İmişli rayon Mədəniyyət müəssisələrində bir sıra tədbirlər o, cümlədən bədii qiraət, ədəbi bədii gecələr, disputlar, film nümayişiləri və s. tədbirlər keçirilmiş və bu istiqamətdə müvafiq işlər davam etdirilir .Sonra Mədəniyyət Mərkəzinin dirktoru Sərvər Şirinov dahi azərbaycan şairinin həyat və yaradıcılığı, 1973- cü ildə rejissoru Həsən Seyidbəyli tərəfindən lentə alınmış “Nəsimi” filmi haqqında məlumatlar vermiş, sonra “Nəsimi” filmi tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Dahi Azərbaycan şairi İmadəddin Nəsimin 650 illiyi yubileyi ilə bağlı silsilə tədbirlərimiz “Nəsimi ili “ çərçivəsində Mədəniyyət müəssisələrində davam etdirilir.

 

61.9 KB

 

45.5 KB

 

23.2 KB