Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İmişli rayon Mərkəzi Kitabxanasında “Sülh aylığı” çərçivəsində “Azərbaycanda vicdan və dini etiqad azadlığı” mövzusunda tədbir keçirildi

04.09.2019

 03 sentyabr 2019-cu  il  tarixdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK)  İmişli bölgəsi üzrə şöbəsin təşkilatçlığı ilə İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında “Sülh aylığı”  çərçivəsində  “Azərbaycanda vicdan və dini etiqad azadlığı”    mövzusunda  tədbir  keçirildi.

   Tədbirdə  Dini Qurumla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı  Elvin İbrahimov,  İmişli rayon   Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) -nin Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Arzu Baxşalıyeva,  kitabxana   işçiləri və gənclər  iştirak ediblər.

  Tədbiri giriş sözü ilə açan  İmişli  rayon   Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) -nin Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Arzu Baxşalıyeva  bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verdi.  O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif marrifləndirmə tədbirləri təşkil olunduğunu qeyd etdi. Bildirdi ki, sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirilir.

   Dini Qurumla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı  Elvin İbrahimov  Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsmanın təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı” barədə tədbir iştirakçılarına məlumat verdi.  Öz çxışında  qeyd  etdi ki, gənclər arasında sülh və humanizm prinsiplərinin, milli-mənəvi dəyərlərin təbliğ edilməsi olduqca vacibdir.

 

61.2 KB

 

61.2 KB