Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayon Mərkəzi kitabxanasında Cəfər Cabbarlının 120 illik yubileyinə həsr edilmiş “Böyük ədib, görkəmli dramaturq Cəfər Cabbarlı” adlı dəyirmi masa təşkil edildi

04.09.2019

    04.09.2019 – cu il tarixdə Kürdəmir rayon Mərkəzi kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının 120 illik yubileyinə həsr edilmiş “Böyük ədib,  görkəmli dramaturq Cəfər Cabbarlı” adlı dəyirmi masa təşkil edildi. Tədbirdə MKS- in direktoru İradə Mahmudova, direktor müavini Gültəkin Seyidova, Mərkəzi kitabxananın  şöbə müdiri Növrəstə Qəhrəmanova və Uşaq şöbəsinin baş kitabxanaçısı Gülşən Məmmədova  Cəfər Cabbarlı yaradıcılığından söhbət açaraq bildirdilər ki, cəmi 35 il yaşamış Cəfər Cabbarlı zəngin və məhsuldar yaradıcılıq yolu keçmişdir. O, həm lirik, həm də satirik şeirlərin müəllifidir. Dramaturgiya onun yaradıcılığında xüsusi yer tutur. Xalqımızın teatr zövqünün formalaşmasında Cəfər Cabbarlının dramaturgiyasının böyük rolu olmuşdur. Cəfər Cabbarlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai-siyasi fəaliyyət göstərərək  müstəqil dövlətin güclənməsinə dəstək verdiyi üçün  təqiblərə məruz qalmış, iki dəfə həbs edilmişdir.

Çıxış edənlər qeyd etdilər ki,  Vəfalı Səriyyənin, mənəviyyatı tapdalanmış Sevilin, bədbəxt Saranın acı göz yaşları, Aydının zəif iradəsi onu sarsıtsa da, Oqtayın teatra olan sonsuz sevgisi, Almazın, Gülsabahın yeniliyə can atması onu yaşatdı. Gültəkinə, Gülüşə, Sevərə yeni ad verərək milyonlar tərəfindən sevildi. Aslantək ağır həyat sınağından keçərək Züleyxanı, Dilbəri, Gülzarı itirdi, lakin aydın sabahımıza, işıqlı gələcəyimizə olan inamını itirmədi.

Tədbirdə iştirakçılara Cəfər Cabbarlı yaradıcılığına həsr edilmiş video material, “Cəfər Cabbarlı - 120” adlı kitab sərgisi təqdim edildi.

 

 

79.9 KB

 

81.9 KB