Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində ” Kitablardan biliklər öyrənməyə hazıram” adlı Bilik günü təşkil olunub

10.09.2019

 

    Tarix boyu elmə, biliyə yiyələnmək və onun tədris etmək şərəfli iş hesab olunub. Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlrının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Ölkəmizdə Bilik günü məktəblərdə dərslərin başlandığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik günü elan edilmişdir. Bu münasibətlə Kürdəmir rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində  məktəbə yenicə qədəm qoymağa hazırlaşan körpə fidanların iştirakı ilə Bilik günü  qeyd edildi. Uşaq şöbəsinin əməkdaşları iştirakçıların  məktəblə bağlı sevincini, həyəcanını birlikdə yaşadılar. Uşaq şöbəsinin Oxu zalının müdiri  Nərgiz İsayeva uşaqlara Bilik gününün əhəmiyyətini, təhsilin, məktəbin uşaqlara faydası haqqında söhbət açdı. Uşaqların ifasında  təqdim edilən  şeir və musiqi nömrələri tədbiri daha baxımlı etdi

 

66.5 KB

 

86.4 KB

 

84.7 KB