Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Beyləqan Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan təhsili” adlı tədbir keçirdi

23.09.2019

20 sentyabr 2019-cu ildə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayon Təbiət və Hümanitar fənlər təmayüllü liseyin IX-X siniflərində   ümumilli lider Heydər Əliyevin təhsilimizin inkişafına göstərdiyi diqqət və qayğıdan, həmçinin şagirdlərimizə tövsiyyə və tapşırıqlarından bəhs edən “Heydər Əliyev  və Azərbaycan təhsili” adlı tədbir keçirdi.Tədbirdə mərkəzin elmi işçisi Rəvanə Cəlilzadə geniş məruzə ilə çıxış edərək Heydər Əliyevin elmə, savada, biliyə böyük həssaslıqla yanaşdığını xüsusi vurğuladı. Rəvanə Cəlilzadə çıxışında  bildirdi ki, bütün ömrü boyu Azərbaycan xalqının inkişafı, xoşbəxtliyi üçün çalışan Heydər Əliyev hər bir çətinliyə dözərək Azərbaycanın bu gününü - müasir Azərbaycanı yaradıb.  Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı.  Dahi şəxsiyyət  Azərbaycanın tərəqqisinin yeganə yolunun  məhz xalqın yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsində görürdü.

Rəvanə Cəlilzadə müdrik  rəhbərin  "İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır"  - konseptual göstərişini əsas tutaraq ümumi orta təhsil sistemində də bu müddət ərzində ciddi irəliləyişlər əldə olunduğunu diqqətə çatdırdı.Natiq qeyd etdi ki, istedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

Rəvanə Cəlilzadə çıxışının sonunda şagirdlərə yeni dərs ilində uğurlar arzulayaraq qeyd etdi ki, bu gün Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra illər və on illər uzunu davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən bu siyasi xətt Azərbaycanın adını daha yüksək zirvələrə qaldıracaqdır.

 

 

 

84 KB

 

97.9 KB

 

95.8 KB