Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyinə və “ Musiqi günü “ nə həsr olunmuş tədbir İmişli rayon Mədəniyyət Mərkəzində keçirilmişdir

25.09.2019

   25 sentyabr 2019- cu il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzində klassik Azərbaycan musiqisinin banisi şərqdə ilk opera janrının müəllifi görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyinə və “ Musiqi günü “ nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Mərkəzi kitabxana işçiləri, Mədəniyyət Mərkəzi və klub işçiləri , digər mədəniyyət müəssisələrinin kollektivlərinin işçiləri iştirak etmişdir. Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon üzrə nümayəndəsi Nazim Əzimov və Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılğı barədə məlumatlar vermiş, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərindən geniş bəhs edərək bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin zərurliyini qeyd etmişlər. Sonda Üzeyir Hacıbəylinin yazdığı 70 -ə yaxın xarici dilə tərcümə edilmiş, 100- dən çox teatır səhnəsində oynanılmış , beş dəfə ekranlaşdırılmış və dəfələrlə qrammafon valına yazılmış 1965- ci ildə rejissoru Tofiq Tağızadənin çəkdiyi musiqili film , musiqi redaktoru Fikrət Əmirov olan “Arşın mal alan ” filmi tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

 

77.4 KB

 

43.5 KB

 

74.6 KB