Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Biz sizdən çox şeylər öyrənməliyik” adlı tədbir İmişli rayon Mədəniyyət Mərkəzinin (filialları ilə birlikdə) təşkilatçılığı ilə keçirilib

01.10.2019

01 oktyabr 2019- cu il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzinin (filialları ilə birlikdə) təşkilatçılığı ilə İmişli Dövlət Rəsm Qalereyasında “Biz sizdən çox şeylər öyrənməliyik” adlı rəsm qalereyasının , MKS-nin , Uşaq musiqi məktəbinin , 1 saylı şəhər kitabxanasının , Tarix diyarşünaslıq muzeyinin , və Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının işçilərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə ahıllardan uzun müddət mədəniyyət sahəsinə çalışmış İsmayıl Nuriyev, Vahid Əliyev, Arif Cahangirov, təhsil sahəsi üzrə Mamed müəllim, həm müəllim, həm də “Sizinləyəm mən..” adlı şer kitabının müəllifi Mirzeynal Fəttah, rabitə sahəsində çalışmış Quliyeva Tamara xanım keçdikləri həyat yolundan, çalışdıqları və işlədikləri peşələrindən, o dövrlə bu dövr arasında olan təhsildən, şagirdlərin və gənclərin təlim –tərbiyyəsindən , həmdə böyüklərə olan hörmətindən danışdılar. Uşaq musiqi məktəbinin müəllimi Baxış Babaşov Mirzeynal Fəttahın sözlərinə yazılmış seygah üstündə oxuduğu “Gözümün önündə qocalır anam” şeri hamını kövrəldi və Tamara xanım bu seygahdan təsirlənərək ağladı. Tədbirdə bir birindən gözəl söylənilən şerlər, aparılan sual-cavablar tədbir iştirakçıları tərəfindən səmimi qarşılanaraq alqışlara səbəb oldu. Vahid Əliyevin oxuduğu “Ana laylası” musiqisinin sədaları altında Tamara xanım ayağa duraraq rəqs edərək öz dərin minnətdarlığını bildirdi. İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru Sərvər Şirinov və mədəniyyət mərkəzinin metodisti Gülalıyeva Yeganə tədbirə dəvət olunmuş, ahıllara hədiyyələr təqdim edərək və sonda onlarla xatirə şəkili çəkdirdilər.

 

1.6 MB

 

1.3 MB

 

1.9 MB