Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocavəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 27 il ötür

03.10.2019

     Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir. Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb.  Ermənilərin çirkin, məkrli siyasəti nəticəsində rayonumuz 1992-ci il 2 oktyabr tarixdə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur, rayon sakinlərindən 146 nəfər şəhid  olmuşdur. Bu isə rayonun azərbaycanlı  əhalisinin hər 50 nəfərindən biridir. 300 nəfərdən çox rayon sakini sağlamlığını itirmişdir. Tarixin qanlı-qadalı səhifələrini vərəqlədikcə düşmənin məkrli siyasəti ilə yanaşı, xalqımızın torpağa, Vətənə məhəbbətini, bu yolda ölümün gözünə dik baxdığını, qorxmazlığını və cəsarətini də görürük və biz inanırıq ki, xalqımızın qorxmaz, hünərli oğulları Ali Baş Komandanın əmri ilə tezliklə torpaqlarımızı erməni işğalından azad edəcək, doğma yurd yerlərimizə qayıdacağıq.

 2 oktyabr 2019- cu il tarixdə   Xocavənd rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalı günü ilə əlaqədar anım mərasimi keçirildi. Mərasimin sonunda “Torpaq və Vətən şəhidləri ilə ucalır” adlı tədbir təşkil edildi.

 

2.3 MB

 

61.9 KB

 

67.6 KB