Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

4 oktyabr 2019- cu il tarixində İmişli rayon Bayraq meydanında gənclərin həqiqi xidmətə yola salınması ilə əlaqədar “Vətəni qorumaq bizim borcumuzdur ” adlı tədbir keçrildi.

04.10.2019

  Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edildi. İmişli rayon İcra Hakimiyyətinin başçısı , İmişli rayon prokroru, səfərbərlik və hərbi xidmətə çağrış üzrə Dövlət xidmətinin İmişli rayon şöbəsinin rəisi, çıxış edərək hərbi xidmətə yola düşən gəncləri təbrik etmiş, onlara vətəninə layqincə xidmət etmələrini , lazım gələrsə Azərbaycan Respublikasının ali baş komandanı cənab İlham Əliyevin əmri olarsa torpaqlarımızın müdafiəsində hər zaman qəhrəmancasına durmalarını tövsiyyə etmiş və sağ-salamat əsgərlik xidmətini başa vuraraq öz evlərinə dönmələrini arzulamışlar. Sonra hərbi xidmətə yola salınan gəncin valideyini və çağırışçı gənc çıxış edərək valdeyinlərə və gənclərə bu şərəfli yolda uğurlar arzulamışdır. Tədbirin sonunda çağrışçılar marş sədaları altında üç rəngli bayrağımızı öpüb and içərək hərbi hissələrə yola salınmışlar. Alllah bütün əsgərlərimizi qorusun.

 

77.5 KB

 

91.3 KB

 

367 KB