Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Füzuli rayon Horadiz şəhər Muğam Mərkəzində Seyid Şuşinskinin 130 illiyi ilə bağlı Yubiley tədbiri keçirildi

07.10.2019

   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Kürdəmir Regional mədəniyyət idarəsinin və Xan Şuşinski fondunun təşəbüsü ilə Cənab Prezident İlham Əliyevin 4 fevral 2019-cu il tarixli sərəncamının icrası ilə əlaqədar  olaraq, Görkəmli Xanəndə Seyid Şuşinskinin 130 illiyi ilə bağlı Yubiley tədbiri keçirilmişdir.

Tədbiri  Xan şuşinski fondunun rəhbəri Bəyimxanım Şuşinski açaraq Seyid Şuşinski haqqında xatirələrindən danışmışdır. Tədbirdə Respublikanın Əməkdar artisti İlkin Əhmədov, Eldəniz Məmmədov,Sevinc Sarıyeva və digər  xanəndələr çıxış etmiş və   tamaşaçıların alqışları ilə tədbir sona çatmışdır.

Tədbirdə  Seyid şuşinski haqqında sərgi numayiş etdirilmiş və onun haqqında dövrü mətbuatda çap olunan materiallar və xanəndəyə həsr olunmuş kitablar nümayiş etdirilmiş, sənədli film və kino materiallarından göstərilmişdir.

 

337 KB