Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kürdəmir Heydər Əliyev mərkəzində Dövlət Müstəqilliyi Gününə həsr edilmiş “ Müstəqil Azərbaycan ” adlı rəsm sərgisi təşkil edilib

14.10.2019

   12 oktyabr  2019 – cu il tarixində Kürdəmir rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr   Dövlət Müstəqilliyi Gününə həsr edilmiş “ Müstəqil Azərbaycan ” adlı rəsm sərgisi təşkil edildi.  Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova  əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev özünün zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı nəticəsində Azərbaycanın müstəqil­liyini əbədi və dönməz edib.
Bildirilib ki, görkəmli dövlət xadiminin Azərbaycanın zəngin mədəniyyətinin inkişafına və təbliğinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir.
Sərgi oktyabr ayının 19 -dək davam edəcək.

 

 

52.6 KB

 

66.9 KB

 

47.6 KB