Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

   XX əsrin  20-ci illərinin sonlarında Kürdəmirin bir sıra kolxozlarında mədəni-maarif bölməsinin fəaliyyəti sayəsində artıq nümunəvi qiraətxana koması təşkil edilmişdir. Lakin ilk kitabxana 1935-ci ilin iyununda Bakının 26 Bakı komissarı adına mədəniyyət sarayı hami olduğu Kürdəmir kolxozçularına 485 kitab göndərməsi və orada 1000 kitabı olan bir kitabxana təşkil edilməsi ilə yarandı. Əsas: “Kommunist” qəzeti, 29 iyun, 1935.

Kürdəmir Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1935-ci ildən rayon kitabxanası kimi fəaliyyətə başlamışdır. Mərkəzləşdirilmiş Kitabxana Sistemi  kimi 1979-ci ildən fəaliyyət göstərir.

Hazırda Kürdəmir rayon MKS-nin nəzdində 47 kitabxana filialı fəaliyyət göstərir, o cümlədən 1 mərkəzi kitabxana, 3 şəhər, 2 qəsəbə və 41 kənd  kitabxana filialı.

Mərkəzi kitabxananın nəzdində 6 şöbə fəaliyyət göstərir. 

 Oxuculara xidmət şöbəsi oxu zalı ilə birlikdə fondunda olan ədəbiyyat, dövri mətbuat, kataloq və kartateka sistemi vasitəsilə oxucu sorğularının ödənilməsi işini həyata keçirir və oxuculara iki üsulla: abonement və oxu zalı vasitəsilə xidmət edir. Oxu zalında oxucuların pulsuz istifadə edə biləcəyi Wi-Fi internet zonası yaradılmışdır. Şöbə il ərzində yubileylər, əlamətdar və tarixi günlər və habelə aktual mövzularla  əlaqədar mədəni-kütləvi tədbirlər təşkil edir.

2. Metodika və biblioqrafiya şöbəsi.

Şöbə MKS-nin əhatə etdiyi kitabxana filiallara metodiki xidmət işini həyata keçirir. İl ərzində aktual mövzulara və yubileyi keçiriləcək görkəmli şəxslərə, habelə əlamətdar və tarixi günlərə dair metodik məktub və tövsiyələr hazırlayıb kitabxana filiallara göndərir. Kitabxana filialların işini əlaqələndirir, onlara birbaşa yerlərdə metodiki köməklik göstərir, seminar müşavirələrin hazırlanıb keçirilməsini təşkil edir.

3. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi.

       Şöbə ALİSA proqramı vasitəsilə elektron kataloq, elektron kitabxana, elektron kartoteka yaradılması işlərini həyata keçirir.

4. İnformasiya–resurs şöbəsi.

Şöbə kitabxananın veb-saytının idarə olunmasını, şəbəkənin antivirus proqramının, habelə lokal və internet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. 

5. Komplektləşdirmə və Kitabişləmə şöbəsi.

         Şöbə vahid fondun komplektləşdirilməsi prosesini həyata keçirir. Kitabxana fondu komplektləşdirilərkən ərazi profili və oxucu sorğuları nəzərə alınır. Şöbə yeni daxil olan ədəbiyyatların elmi və texniki cəhətdən işlənilərək kitabxana filiallara çatdırılmasını təşkil edir.

6. Uşaq şöbəsi.   

    Uşaq şöbəsi aşağı yaş qrupundan olan oxuculara, məktəbli oxuculara kitabxana xidmətini həyata keçirir. Şöbə uşaqların mütaliə bacarıqlarının və mütaliə vərdişlərinin inkişafına, informasiya axtarmaq, seçmək və informasiya ilə işləmək bacarıqlarının formalaşmasına, oxu mədəniyyətinin tərbiyə olunmasına kömək edəcək kitabxana fondundan istifadəsinə şərait yaradır.

Mərkəzi kitabxananın nəzdində Amerika Mərkəzi fəaliyyət göstərir. ABŞ səfirliyinin maliyyə dəstəyi ilə təşkil olunmuş Amerika mərkəzinin fəaliyyəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi arasında  imzalanmış Memorandumuna əsaslanır. Mərkəz əhalinin informasiyaya olan təlabatının ödənilməsi məqsədilə pulsuz kompüter və internet xidməti göstərir, müxtəlif pulsuz  kurslar və dərnəklər təşkil edir, həmçinin Azərbaycan və ABŞ-ın əlamətdar tarixi günləri  və milli bayramları ilə əlaqədar bir sıra tədbirlər təşkil edir. 

Filiallar:

1 saylı şəhər kitabxana filialı                                            

2 saylı şəhər kitabxana filialı

3 saylı şəhər kitabxana filialı

Qağacılı kənd kitabxana filialı

Çöl qubalı kənd kitabxana filialı

Yenikənd kənd kitabxana filialı

Mollakənd kənd kitabxana filialı

Qarabucaq qəsəbə kitabxana filialı

Qurdbayram kənd kitabxana filialı

Qocalı kənd kitabxana filialı filialı

Atakişili kənd kitabxana filialı filialı

Xəlsə kənd kitabxana filialı 

Karrar kənd kitabxana filialı

Muğanlı kənd kitabxana filialı

Ərəbxana kənd kitabxana filialı

Çöl-ərəb kənd kitabxana filialı

Karrar qəsəbə kitabxana filialı

Cəyli kənd kitabxana filialı

Carlı kənd kitabxana filialı

Çərtəyəz kənd kitabxana filialı

Pirili kənd kitabxana filialı

Ərəbqubalı kənd kitabxana filialı

Qaraqocalı kənd kitabxana filialı

Şilyan kənd kitabxana filialı

Muradxan kənd kitabxana filialı

Sor-sor kənd kitabxana filialı

Dayıkazımlı kənd kitabxana filialı

Qarabucaq (Axtaçı) kənd kitabxana filialı

Ərşəli kənd kitabxana filialı

Köhünlü kənd kitabxana filialı

Şüşün kənd kitabxana filialı

Söyüdlər kənd kitabxana filialı

Sovla kənd kitabxana filialı

Qarasaqqallı kənd kitabxana filialı

Sığırlı kənd kitabxana filialı

Böyük Kəngərli kənd kitabxana filialı

Şahbəyli kənd kitabxana filialı

Xırdapay kənd kitabxana filialı

Qaramahmudlu kənd kitabxana filialı

Türkədi kənd kitabxana filialı

Qarasu kənd kitabxana filialı

Topalhəsənli kənd kitabxana filialı

Beyi kənd kitabxana filialı

Şıxımlı kənd kitabxana filialı

Qarabucaq kənd kitabxana filialı

Mürtülü kənd kitabxana filialı

Xınıslı kənd kitabxana filialı

 

Ünvan:  Kürdəmir rayonu, Ü.Hacıbəyov küç.3., AZ 3300,

Tel.: (02025) 5 02 55, (02025) 5 03 54, (02025) 5 13 58.

E-mail:   kurdemir-mks@mail.ru

Veb-sayt: www.kurdamir.cls.az

 

Kürdəmir rayon MKS-i üzrə statistik göstəricilər: (01.10.2017- ci il)

Kitab fondu –  270572 nüsxə.                             

Latın qrafikası ilə – 94115 nüsxə

CD və DVD disk – 774 ədəd

O cümlədən:

Mərkəzi k/x üzrə –  36880 nüsxə

O cümlədən:

Uşaq şöbəsi  üzrə – 8357 nüsxə

Oxucuların sayı – 31517  nəfər

O cümlədən:

Kitabxana filialları üzrə –  21958 nəfər

Mərkəzi k/x –  6585 nəfər                                                                                         

O cümlədən:

Uşaq  –  2974 nəfər

Kitab verilişi – 425326 nüsxə

O cümlədən:

Kitabxana filialları üzrə – 261018 nüsxə

Mərkəzi k/x – 120160 nüsxə

O cümlədən:

Uşaq k/x  – 44148  nüsxə

İşçilərin sayı – 168 nəfər

O cümlədən:

Əsas işçilər – 123 nəfər

 O cümlədən:

Ali təhsilli – 12 nəfər

Orta ixtisas – 62  nəfər

Orta – 49 nəfər

       Texniki işçilər – 45 nəfər

 

2.2 MB