Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi

     Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi 1966 - cı   ildən  7- illik  Uşaq   musiqi  məktəbi  kimi  fəaliyyətə  başlamışdır.  1984 - cü   ildən   skripka   və   rəssamlıq   sinifləri   açılaraq    məktəb   Uşaq   İncəsənət    məktəbinə    çevrilmişdir.   Hal - hazırda      məktəb    Azərbaycan  Respublikasının      Mədəniyyət    və   Turizm   Nazirliyinin    müəyyən   etdiyi  nümunəvi  əsasnaməyə  uyğun  olaraq  tərtib  edilmiş  iş   planları   əsasında   fəaliyyət   göstərir.

     Məktəbdə  3  şöbə ( fortepiano, skripka, tar,kamança, səs,nağara,qarmon, rəqs,rəsm) fəaliyyət  göstərir. Bunlardan fortepiano  ixtisası  üzrə  132  nəfər,  skripka  ixtisası  üzrə 3 nəfər,  tar  ixtisası  üzrə - 51 nəfər,  kamança  ixtisası üzrə -16  nəfər, qarmon ixtisası  üzrə - 94 nəfər, nağara ixtisası  üzrə -9 nəfər,   xanəndəlik     ixtisası    üzrə - 19  nəfər,   rəqs   ixtisası   üzrə - 8  nəfər,   rəsm   ixtisası  üzrə - 22   nəfər   şagird    təhsil  almaqla, 2017/2018-ci  tədris   ilində  məktəb  üzrə  şagirdlərin  sayı  354  nəfər  şagird  edir.

     Kürdəmir  rayon Uşaq  İncəsənət  məktəbində  şagirdlərin  təlim-tərbiyəsi  ilə   94   nəfər  müəllim   məşğul    olur   ki,    həmin   müəllimlərdən   5   nəfər  ali  təhsilli,  78  nəfəri   orta  ixtisas  təhsilli, 11 nəfəri  ümumi  orta  təhsillidir. Onlardan  63  nəfəri  qadın,  31  nəfəri  kişidir.

 

1.9 MB