Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Xocavənd rayon Mədəniyyət evi

    Xocavənd rayon Mədəniyyət evi 1992-ci ildən  Xocavənd rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində  fəaliyyətə başlamışdır. Sahəsi 450 kv.m olan  220 nəfərlik mədəniyyət evində 7 nəfər işçi çalışır ki, bunlardan 2 nəfər ali təhsilli, 2 nəfər orta ixtisas, 3 nəfər orta təhsillidir. Rayon mədəniyyət evinin tabeliyində 1(bir) rayon mədəniyyət evi, 6(altı) kənd mədəniyyət evi və 8(səkkiz) kənd klubu fəaliyyət göstərir. Rayon Mədəniyyət evində “Qarabağ” özfəaliyyət kollektivi və bədii qiraət dərnəyi fəaliyyət göstərir. Hal-hazırda Xocavənd rayon Mədəniyyət evi Beyləqan rayon ərazisində 500 ailəlik qəsəbədə yerləşir.

 

103.5 KB