Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

İmişli rayon Mədəniyyət Mərkəzi

      İmişli rayon Mədəniyyət Mərkəzi 1987- ci il avqust ayının 17 –də  tikilib istifadəyə verilmişdir. İmişli rayon Mədəniyyət Mərkəzi  1 şəhər klubu , 4 mədəniyyət evi, 26 kənd klub filialları ilə əhaliyə mədəni xidmət göstərir. Mədəniyyət mərkəzinin ümumi sahəsi 4400 kv/m-dir.  Mədəniyyət Mərkəzi ( filialları ilə birlikdə ) işçilərin sayı 115 nəfərdir. Onlardan 39 nəfəri texniki işçi, 76 nəfəri isə  Mədəniyyət işçisidir. 76 nəfər mədəniyyət işçisindən 8 nəfəri Ali ixtisas, , 27 nəfəri orta ixtisas, ,41 nəfəri isə  orta təhsillidir. Mədəniyyət Mərkəzinin binasının 2- ci mərtəbəsində  1 Uşaq musiqi məktəbi,1 şəhər kitabxanası, 1 İmişli Dövlət rəsm Qalereyası, Kürdəmir Regioanl Mədəniyyət İdarəsinin nümayəndəliyi  yerləşir. Mədəniyyət mərkəzinin 2 foyesi, 650 nəfərlik tamaşa zalı və 12 pərdəlik səhnəsi ,  inzibati otaqı vardır ki, onların 2 – nən İmişli Dövlət Rəsm Qalereyası , 2-nən şəhər kitabxanası, 4-nən Kürdəmir Regioanl Mədəniyyət İdarəsinin nümayəndəliyi, 25- nən Uşaq musiqi məktəbi , 1 otaqa muzeyin əşyaları  yığılıb , qalan otaqlardan 3- nə Mədəniyyət mərkəzinin inventar  və avadanlıqları, 4- nən  isə direktor, B\rəhbər , metodist otaqları kimi isdifadə edilir. Mədəniyyət Nazirliyinin 29.04.2015- ci il tarixli 217 saylı əmri və Nazirliyin 27.12.2012- ci il tarixli 08 saylı qərarına əsasən Mədəniyyət evlərinin, Mədəniyyət Mərkəzlərinə , kənd klublarının isə filiallara çevrilməsi ilə əlaqədar olaraq  İmişli rayon Mədəniyyət Sarayıda 2015- ci ildə Mədəniyyət Mərkəzinə  kənd klubları isə onun filiallarına çevrilmişdir. Mədəniyyət Mərkəzi profilləşmə ilə əlaqədar 7 müəsissə üzrə profilləşmişdir .  

 

3.3 MB