Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

İmişli rayon Mərkəzi Kitabxana

    İmişli rayon Mərkəzi kitabxanasının əsası 1947- ci ildə Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin qərarı ilə qoyulmuşdur və 21 kitabxananı əhatə edirdi.  Kitabxana 1977- ci ildə mərkəzləşdirilmişdir.Kitabxana 2012-ci ilin yanvar ayının 5-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin  11 oktyabr 2011- ci il tarixli 162 saylı Qərarı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 25 oktyabr 2011- ci il tarixli 3213/9 saylı məktubuna əsasən yeni struktur və ştat vahidlərinə keçmişdir. Hazırda kitabxana1 mərkəz,  2 Şəhər, 40 kənd kitabxanası vasitəsəsi  ilə əhaliyə  xidmət edir.  Rayonun 126998 nəfər əhalisi var.  MKS-nin 350330 nüsxə kitab fondu vardır. Bununda 55190 nüsxəsi mərkəzi kitabxanada, 295140 nüsxəsi isə kənd kitabxanalarındadır. 90238 nüsxə latın qrafalı ədəbiyyatdan 18585 nüsxəsi mərkəzi kitabxanada, 71653 nüsxəsi kənd kitabxana filiallarındadır. 2017-ci ilə 211279 nüsxəsi kiril əlifbası,  48740 nüsxəsi rus dilində, 74 nüsxəsi isə başqa dildə olan ədəbiyyatdan ibarətdir.Mərkəzi Kitabxana 2017-ci ildə 3315 nüsxə yeni ədəbiyyat almışdır.Kitabxanada il ərzində 32705  nəfər oxucu, 453255 nüxsə kitab verilişi olmuşdur.Kitabxana 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn məsələləri yerinə yetirməyə çalışmışdır. Rayon Mərkəzi kitabxanasının tabeliyində olan Uşaq şöbəsində uşaq və yeniyetmələrə  kömək göstərmək məqsədi ilə  MKS-nın Uşaq şöbəsinin nəzdində “Nağıl evi”, “Ana və Uşaq” guşəsi, “Uşaq hüququ” adlı informasiya mərkəzi yaradılmış, burada müntəzəm olaraq məktəb şagirdlərinin iştirakı ilə tədbirlər təşkil olunmuşdur. Mərkəzi kitabxananın fondunda klassik və müasir Azərbaycan ədəbiyyatı eləcədə rayonumuzun yazıçı və şairlərinə məxsus əsərlər  toplanmışdır. Rayonun yerli “ Xalq sözü” qəzetində diyarşunaslığa dair dərc olunan matriallar Mərkəzi kitabxanada toplanmışdır.  Mərkəzi kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə“ Gözəlləşən Azərbaycan” adlı turizm güşəsi, Hüquq İnformasiya Mərkəzi təşkil edilmişdir. Mərkəzi kitabxanada 2 yeni “ Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması” və  “İnformasiya- resurs” şöbəsi  yaradılmış yeni kompüter dəstləri, oturacaq və iş stulları alınmışdır. İnternetlə təchiz edilmiş və kitabxananın Web-saytı ( İmishli. cls. az.) işlənib hazırlanmışdır.

    Tədbirlər planına əsasən Mərkəzi kitabxanada və onun filiallarında “Heydər Əliyev və Müstəqil Azərbaycan”, “Müstəqil Azərbaycanın memarı” və s. adlı dəyirmi masa keçirilmişdir. İmişli rayon ərazisində yerləşən hərbi hissələrə Mərkəzi kitabxana işçiləri, 28 saylı Məzrəli, 29 saylı Çaxırlı, 25 saylı Bəhrəmtəpə, 33 saylı Qaradonlu kənd kitabxana filialları Mədəniyyət sarayı ilə birlikdə səyyar kitabxana xidməti etmişdir. Mərkəzi kitabxanada Azərbaycanın Milli qəhramanı Mübariz İbrahimova həsr olunmuş “Türk dünyasının Mübariz oğlu” adlı,  “ Qarabağ dünən, bu gün və sabah” İmişlinin şəhid oğlu Milli qəhrəman İmamverdi Əliyev, aprel döyüşlərində şəhid olmuş kapitan Nəcməddin Savalanov və Baş leytenant Cavid Dədəkişiyevə aid daimi güşə təşkil edilmişdir.  Kitabxananın oxu zalı, azərbaycan dilində və digər dillərdə kitab fondu var.

Kitabxana 2017-ci ildə abunə üçün 4345 manat sərf etmişdir.

Mərkəzi kitabxanada 6  şöbə fəaliyyət göstərir.

   1.   Metodika-biblioqrafiya şöbəsi.

   2.   Komplektləşdirmə və kitabişləmə  şöbəsi.

   3.   Oxuculara xidmət Şöbəsi.

   4.   Uşaq şöbəsi.

   5.   Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırması şöbəsi.

   6.   İnformasiya-resurs şöbəsi.

 

 

 

363 KB