Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Füzuli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

       Füzuli  rayon mərkəzi kitabxanası 1948 - ci ildə  yaradılmış, 1978 - ci ildən  isə  öz  ətrafında 90 kitabxana  filialını  birləşdirərək Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətini davam etdirmişdir. Həmin kitabxanaların kitab fondu 389000 nüsxədən ibarət olmuşdur.

         1993-cü ildə məlum səbəbdən rayonumuzun işğalı zamanı kitabxanalar fondları ilə bərabər tamamilə məhv edilmişdir.

         1994 – cü  ildə   Ümummilli  lider  Heydər   Əliyevin  komandanlığı   ilə Milli Ordumuz tərəfindən rayonumuzun 22 yaşayış məntəqəsi işğaldan azad olunduqdan sonra  kitabxanalar öz fəaliyyətlərini başqa məqsədlər üçün bərpa edilmiş binalarda və şəxsi evlərdə tədricən davam etdirməyə başlamışdır.

         Məhv  edilmiş kitabxana  fondlarını  yenidən bərpa etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana Kollektorundan, Prezident  Aparatından,  Mədəniyyət və Turizm Nazirliyinin  göstərişi  ilə  digər  rayon  MKS-dən  əvəzsiz  olaraq  kitab və jurnallar alınmışdır.

         Hal-hazırda  bütün  kitabxanalar   şəxsi   evlərdən   çıxarılaraq  kitabxana  və    başqa   məqsədlər   üçün    tikilmiş    binalarda yerləşdirilmişdir.

Bu gün geniş informasiya şəbəkəsinə malik olan Füzuli rayon MKS-i sürətli internet  şəbəkəsi  ilə  təmin olunmuşdur. Hazırda Mərkəzləşdirilmiş Kitabxana Sistemində 46 kitabxananın fəaliyyəti  məlum  səbəbdən  dondurulmuş,  45 kitabxana filialı isə rayonumuzun işğaldan azad edilmiş 22 yaşayış məntəqəsində və Cənab Prezidentin göstərişinə əsasən  rayonumuzun ərazisində yeni salınmış 18 qəsəbədə fəaliyyət göstərir ki, bu  kitabxanaların kitab fondu 47000  nüsxəyə  çatdırılmışdır.

Hazırda  kitabxanalar  müasir  informasiya  daşıyıcıları,  inventar və avadanlıqlarla təmin edilmişdir.

İl ərzində Azərbaycan dövlət müstəqilliyinin və ərazi bütövlüyünün möhkəmlən-dirilməsinə, dövlət islahatlatları üzrə sənəd və digər materialların təbliğinə  diqqət yetirilmiş, sərgilər hazırlanmış, əlamətdar günlər, yubileylərlə bağlı maraqlı və yaddaqalan tədbirlər keçirilmişdir.

         

 

2.6 MB